Misir iki adanı Səudiyyə Ərəbistanına verdi

Misir parlamenti Qırmızı dənizdəki iki mübahisəli adanın – Tiran və Sanafir – Səudiyyə Ərəbistanına verilməsini təsdiq edib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bununla da parlament bir ildən artıq müddət əvvəl imzalanmış və Misirdə bir sıra məhkəmə proseslərinə, habelə kütləvi narazılıqlara səbəb olmuş iki dövlət arasındakı dəniz sərhədinin demorkasiyası haqqında Ər-Riyadla sazişi ratifikasiya ediblər. Hərçənd bu ilin əvvəlində Misirin Ali İnzibati Məhkəməsi adaların verilməsini qanunsuz hesab etmişdi. Ötən yüzillik ərzində adaların idarəçiliyi bir ölkədən digərinə keçib. 1982-ci ildən adaların idarəçiliyi rəsmi Qahirədə olub. Lakin Səudiyyə Ərəbistanı onlara iddia edib.

DİGƏR XƏBƏRLƏR

Top