Leo Varadkar İrlandiyanın Baş naziri seçilib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, o, parlamendə səsvermə yolu ilə seçilib. Bununla da 38 yaşlı L. Varadkar İrlandiya Respublikasının tarixi ərzində ən gənc Baş nazir oldu. “Fine Gael” partiyasının lideri olan L. Varadkar deputatların 57-sinin dəstəyini qazanıb, 50 parlamentari əleyhinə səs verib, daha 45-i isə bitərəf qalıb.
Xatırladaq ki, ötən gün Enda Kenni baş nazir vəzifəsi səlahiyyətlərini rəsmi olaraq dayandırıb. O, 6 il hökumət başçısı olub.