Türkiyədə CHP-li deputat 25 il müddətinə həbs edildi

Türkiyədə məhkəmə müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) deputatı Enis Bərbəroğluna 25 il həbs cəzası verib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, deputat Türkiyə Milli Kəşfiyyat Təşkilatına məxsus TIR-larının dayandırılması ilə bağlı cinayət işində təqsirkar bilinirək həbs edilib. İstanbul 14-cü Ağır cinayətlərlə iş üzrə məhkəmədə keçirilmiş iclasda hakim E. Bərbəroğlunu “dövlətin məxfi qalmalı olan məlumatlarını siyasi və hərbi casusluq məqsədi ilə açıqlamaq” cinayətinə görə günahkar bilərək ona ömürlük həbs cəzası verib. Məhkəmə qərarını yumşaldaraq deputatı 25 il müddətinə azadlıqdan məhrum etməklə birlikdə həbsinə dair hökm çıxarıb.

DİGƏR XƏBƏRLƏR

Top