Ermənistan İranla əlaqələrində sərbəstdir və iki ölkə arasında əməkdaşlıqla bağlı Rusiyanın müdaxiləsinə ehtiyac duyulmur. "Yeniavaz.com"un arminfo.am-a istinadən verdiyi məlumata görə, bunu Ermənistan siyasi və beynəlxalq tədqiqatlar mərkəzinin seksperti Ruben Mehrabyan "Ermənistan-NATO əməkdaşlığ: indiki vəziyyət və gələcək prespektivlər" adlı dəyirmi masadakı çıxışında deyib: "Ermənistanın İranla iqtisadi, siyası və hərbi əlaqələri Avrasiya iqtisadi birliyi ilə müqayisə edilə bilməz. Avrasiya iqtisadi birliyində nə Avropa, nə Asiya, nə də bu qurumun özü var. Avrasiya Birliyi İrana qaz və ya neft təklif edə bilərmi? Buna İranın ehtiyacı yoxdur və bunlar adı çəkilən ölkəni heç maraqlandırmır. Amma Ermənistanla hərtərəfli əməkdaşlıq İran üçün xüsusi geosiyasi əhəmiyyət kəsb edir. Ona görə də İran və Rusiyaya münasibətdə Ermənistanın balanslaşdırılmış siyasət yeritməsi mümkün deyil. On illərdir Rusiya-Ermənistan münasibətlərində hər şey olduğu kimi qalmaqdadır. Avrasiya daxilində hər bir ölkə özünün maraqları uğrunda mübarizə aparır və belə vəziyyətdə onun gələcək perspektivlərindən danışmağa dəyməz".