GPS-ə rəqib sistem hazırlanacaq

“Hitachi Zosen” korporasiyası və Yaponiyanın daha 3 şirkəti ABŞ-ın GPS qlobal peyk mövqetəyinetmə sisteminə rəqib olacaq sistem qurmağa hazırlaşırlar. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi naviqasiya Yaponiya kosmik sisteminin əsasında hazırlanacaq və Asiya-Sakit okean regionundakı PS sisteminə əlavə olacaq. Bu, zəruri koordinatları dəqiq müəyyən etməyə imkan verəcək.

“Hitachi Zosen” korporasiyası milli “Mitibaki” peyklərinə çıxış əldə edəcək. İki belə aparat artıq orbitdədir, 2018-ci ilin yazınadək daha iki peykin buraxılması planlaşdırılır. Bu silsilədən olan peyklər Yerdəki obyektlərin yerini maksimim 6 santimetr səhvlə müəyyənləşdirmək iqtidarındadır. Yapon orbital peyk qrupunun sayı 2023-cü ilədək 7-yə çatanda sistem tam sərbəst işə düşəcək və Asiya, Avstraliya, Okeaniyada naviqasiya üçün istifadə olunacaq.

DİGƏR XƏBƏRLƏR

Top