Banqladeşdə leysan yağışından ölənlərin sayı 147-yə çatıb

Banqladeşin cənub-şərqində baş vermiş leysan yağışları və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 147 nəfərə çatıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölkənin cənub-şərq hissəsində leysan yağışları iyunun 11-də başlayıb. Əlverişsiz hava şəraitindən ən çox zərər görən dairələr Ranqamati və Bandarban olublar. Ziyan görmüş rayonlarda telefon rabitəsi işləmir, nəqliyyatın hərəkəti pozulub. Təbii fəlakət nəticəsində Hindistanın Banqladeşlə sərhəddəki Mizoram və Assam ştatlarında ən azı 11 nəfər həlak olub.Ölənlərin sayı arta bilər.

Qeyd edək ki, Banqladeşdə leysan yağışları iyundan sentyabradək davam edir. Leysan yağışlarının yaratdığı torpaq sürüşmələri onlarla insanın həyatına son qoyur.

DİGƏR XƏBƏRLƏR

Top