Hansı şair və yazıçıların adlarına küçə və prospektlər var - SİYAHI

Elə şəxslər vardır ki, onlar heç zaman unudulmur. Küçələr, parklar, prospektlər, metrostansiyalar bu insanların adları ilə adlandırılır. Biz isə həmin küçələrdə gəzdikdə, parklarda istirahət etdikdə onları yenidən xatırlamış oluruq. "Yeniavaz.com" bu şəxsləri bizə xatırladacaq vasitələri araşdırıb. Belə vasitələrdən biri də azərbaycanlı yazarların adlarına verilən küçə və prospektlərdir.

Azərbaycanın xalq şairi Bəxtiyar Vahabzadənin adını daşıyan küçə Bakı şəhərinin Yasamal rayonunda Şəhriyar və Əbdürrəhim bəy Haqverdiyev küçələri ilə paralel yerləşir.

Azərbaycan şairi, yazıçısı və dramaturqu Hüseyn Cavidin adını daşıyan küçə Mətbuat prospekti və Zahid Xəlilov küçəsinə paraleldir.

Azərbaycan yazıçısı, dramaturqu, ədəbiyyatşünası Əbdürrəhim bəy Haqverdiyevin adını daşıyan küçə Bakı şəhərinin Yasamal rayonunda Bəxtiyar Vahabzadə və Şəhriyar küçələrinə paralel küçədir.

Azərbaycan şairi, Azərbaycan dövlət mükafatı laureatı Əhməd Cəmilin adını daşıyan küçə Bakı şəhərinin Yasamal rayonunda Hüseyn Cavid və Mətbuat prospektlərinə paralel küçədir.

Azərbaycan Prezidentinin sərəncamı ilə "Gənclik" metro stansiyasının yaxınlığında, Atatürk prospekti ilə kəsişən Teymur Əliyev küçəsinə Məmməd Arazın adı verilib.

Yuxarıda adları çəkilən şair və yazıçılarla yanaşı, Azərbaycan ədəbiyyatında xidmətləri olan digər yazarların da adlarına küçələr var. Bakı şəhəri ilə yanaşı bölgələrdə də aşağıda adlarını qeyd etdiyimiz küçə adları vardır.

Mirzə Fətəli Axundov küçəsi

Mirzə İbrahimov küçəsi

Rəsul Rza küçəsi

Cəlil Məmmədquluzadə küçəsi

Əliağa Vahid küçəsi

İsmayıl Şıxlı küçəsi

Yusif Vəzir Çəmənzəminli küçəsi

Abbas Səhət küçəsi

Abdulla Şaiq küçəsi

Məmməd Rahim küçəsi

Almas İldırım küçəsi

Hüseyn Arif küçəsi

Molla Pənah Vaqif küçəsi

Aşıq Ələsgər küçəsi

Nigar Rəfibəyli küçəsi

Mirzə Ələkbər Sabir küçəsi

Səməd Vurğun küçəsi

Mirzə Şəfi Vazeh küçəsi

Əhməd Cavad küçəsi

Məhəmmədhüseyn Şəhriyar küçəsi

Mikayıl Müşfiq küçəsi

Cəfər Cabbarlı küçəsi

Gündəlik istifadə etdiyimiz ictimai nəqliyat olan metrostansiyalar da bu adlardan bir neçəsini daşıyır. Belə ki, "Nəsimi", "Nizami" metroları da bildiyimiz məşhur stansiyalardır.

Ruzbeh Məmməd

DİGƏR XƏBƏRLƏR

Top