Türkiyədə baş verən partlayışda ölənlərin sayı 13-ə yüksəldi VİDEO

Türkiyənin Kayseri şəhərində yerləşən Erciyes Universitetinin yaxınlığındakı partlamada ölən və yaralananların sayı məlum olub. "Yeniavaz.com" Türkiyə mətbuatına istinadən xəbər verir ki, içində əsgərlərində olduğu avtobusun yanında bomba yüklü maşın partladılıb. AKP-nin (Ədalət və İnkişaf Partiyası) Kayseri millət vəkili İsmail Tamerin açıqlamsına görə, 13 şəhid var. Xəstəxanalar yaralılar üçün qan verilməsini elan edib. MHP millət vəkili Yusif Halaçoğlu telefonla bağlandığı CNN Türk televiziyasına hadisə ilə bağlı açıqlama verib. Onun sözlərinə görə, bomba yüklü maşın 71 seriya nömrəli "Şahin" markalı avtomobil olub. Partlayan bomba yüklü avtomobil tanınmaz hala düşüb. 48 nəfər yaralı olduğu deyilir.

Kayseri hücumu

DİGƏR XƏBƏRLƏR

Top