Ankara hərbçilərdən ibarət nümayəndə heyətini Qətərə göndərib

Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsini nəzərdə tutan ikitərəfli sazişə uyğun olaraq Türkiyə hərbçilərdən ibarət nümayəndə heyəti Qətərə yollanıb. “Milliyet”in xəbərinə görə, nümayəndə heyətinin tərkibinə rütbəsi açıqlanmayan 3 hərbçi var. İyunun 12-də Qətərə səfər etdiyi bildirilən nümayəndə heyəti türk hərbçilərinin bu ölkə ərazisində yerləşdirilməsi məsələsini müzakirə edəcəyini bildirib. Qeyd edək ki, 2014-cü il tarixli qeyd olunan saziş Qətərdə Türkiyə hərbi bazasının yaradılmasını nəzərdə tutur.Apa

DİGƏR XƏBƏRLƏR

Top