Londonda 27 mərtəbəli bina yanır

Londonda 27 mərtəbəli binada yanğın baş verib. Xarici KİV-nin xəbərinə görə, ikinci mərtəbədə başlayan yanğın miqyası qısa müddətə genişlənib və bütün binanı əhatə edib. Yerli vaxtla saat 01:15-də başlayan yanğın səbəbi bilinmir. Hadisə yerinə xeyli polis, onlarla yanğınsöndürən maşın və 200 yanğınsöndürən cəlb olunub. Hazırda alovun qarşısının alınması istiqamətində tədbirlər görülür. Hələlik içəridə insanların olub-olmadığı məlum deyil. Hadisə şahidləri içəridən insan səsləri gəldiyini bildirsələr də, hələlik heç bir rəsmi açıqlama verilməyib. Agentliklər 30 nəfərin xəstəxanaya yerləşdirildiyi barədə məlumat yayıb.Apa

DİGƏR XƏBƏRLƏR

Top