Almaniyanın müdafiə naziri: Rusiya ilə güc mövqeyilə danışılmalıdır

Danışıqlar zamanı Rusiya ilə fikir ayrılıqlarını güc mövqeyi ilə aradan qaldırmaq lazımdır. “Yeniavaz.com”un RT-yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın müdafiə naziri Ursula fon der Lyayen Avropa Parlamentinin Xarici siyasət komitəsinin iclasında çıxış edərkən deyib.

O, bildirib: “Mövqeyimiz (NATO-nun mövqeyi – red.) ondan ibarətdir ki, Rusiya ilə məntiqə uyğun münasibətlər qurmaq istəyirik, lakin başa düşürük ki, bu güc mövqeyi ilə baş verməlidir”.

Nazir münaqişələrin danışıqlar stolu ətrafında həll edilməyə səy göstərildiyini vurğulayıb: “Münaqişələr məhz bu yolla həll edilməlidir, başqa cür deyil. Almanlar 40 il ərzində NATO-dan fayda əldə ediblər. Biz şərq sərhədlərimizin müdafiə altında olmasının nə olduğunu bilirik. Güman edirik ki, bu müdafiəni qonşularımıza verməyin vaxtı çatıb və bununla borcumuzu qaytarırıq”.

DİGƏR XƏBƏRLƏR

Top