Səudiyyə Qətərə yardım göndərməyə hazırdır

Səudiyyə Ərəbistanı Qətərə yardım göndərməyə hazırdır. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, bunu Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Cubeyr deyib. Onun sözlərinə görə, Qətərə qarşı görülmüş tədbirlər blokada deyil, boykotdur: “Qətərin boykot edilməsi blokada deyil. Biz suveren haqqımızı həyata keçiririk və əgər ehtiyac olarsa, ərzaq və tibbi yardım göndərməyə hazırıq. Qətərin dəniz limanları və aeroportları açıqdır, tətbiq etdiyimiz qadağa yalnız Qətər təyyarələrinə şamil edilir”.

DİGƏR XƏBƏRLƏR

Top