Neft ixracından gəlirlərini artıran yeganə OPEK ölkəsi İrandır

2016-cı ildə OPEK-ə üzv ölkələrin xammal ixracından əldə olunan gəlirləri 2005-ci ildən bəri minimum səviyyəyədək azalıb. “Yeniavaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bu barədə OPEK-in illik statistik icmalında deyilir. Statistikaya əsasən, ötən il OPEK-in dünya bazarlarına neft tədarükündən əldə etdiyi gəlirlərin məcmusu 2015-ci illə müqayisədə 13,2 faiz azalaraq 445,7 milyard dollara enib. Kartel maksimum gəlirini 2012-ci ildə qazanmışdı. Həmin vaxt gəlir göstəricisi 1,2 trilyon dollara çatmışdı. 2016-cı ilin yekunları üzrə neft ixracından gəlirini artıran yeganə ölkə İran olub. İranın daxilolmaları 1,5 dəfə artaraq 41,1 milyard dollara çatıb. Fiziki ifadədə OPEK ölkələrinin neft tədarükü 2016-cı ildə 6,5 faiz artaraq sutkada 25 milyon barelədək çatıb.

Qeyd edək ki, OPEK-ə üzv ölkələrin sayı 14-dür. Bunlar İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Qabon, Qətər, Liviya, BƏƏ, Əlcəzair, Nigeriya, Anqola, Ekvadordur və Ekvatorial Qvineyadır.

DİGƏR XƏBƏRLƏR

Top