Moldova rus telekanallarının yayımını məhdudlaşdırmaq istəyir

Moldovada Rusiya telekanallarının yayımını məhdudlaşdırmağı nəzərdə tutan qanun layihəsi ölkə parlamentinə təqdim edilib. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, qanun layihəsini hakim Moldova Demokratik Partiyasının (MDP) deputatları hazırlayıblar. Parlamentin sədri və MDP-nin sədr müavini Andrian Kandu bildirib ki, qanun layihəsi transsərhəd televiziya haqqında Avropa Konvensiyasını ratifikasiya etməyən ölkələrin informasiya, siyasi-analitik və hərbi proqramlarınının yayımını dayandırmağı nəzərdə tutur: “Bu, Rusiyanın bütün telekanallarına şamil edilir”.

Onun sözlərinə görə, Moldovanın informasiya təhlükəsizliyini təmin etmək üçün bu, olduqca vacibdir.

DİGƏR XƏBƏRLƏR

Top