Qətər xaricdəki hərbi qüvvələrini geri çağırdı

Qətər davam edən diplomatik qalmaqal fonunda Cibuti və Eritreya ilə sərhəddəki sülhməramlı qoşunlarını geri çağırıb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bundan başqa rəsmi Doha iki ölkə arasındakı münaqişənin həllində vasitəçilik qismində iştirakını dayandırmaq qərarına gəlib. Qətərin Xarici İşlər Nazirliyi vasitəçiləyinin dayandırması barədə rəsmi notasını Cibuti hökumətinə göndərib. Qətərin sülhməramlı qüvvələri Afrikanın iki ölkəsinin sərhədində 2008-ci ildən yerləşdirilib.

Qeyd edək ki, Cibuti və Eritreya arasında ərazi münaqişəsi 2008-ci ildə yaranıb və iyunun 10-dan 13-dək davam edib. Tərəflər 2010-cu ildə Dohada sülh sazişi bağlayıblar. Xatırladaq ki, iyunun 5-dən etibarən Bəhreyn, BƏƏ, Səudiyyə Ərəbistanı, Misir, Yəmən, Liviya müvəqqəti hökuməti, Maldiv adaları, Mavriki, Mavritaniya və Komor adaları Qətərlə diplomatik münasibətləri kəsdiklərini açıqlayıblar. Onlar rəsmi Dohanı terrorçuluq və ekstremizm ideologiyasını dəstəkləməkdə və ərəb ölkələrinin daxili işlərinə qarışmaqda ittiham edirlər. Seneqal, Niger və Çad Qətərdəki səfirliklərini geri çağırıb. Qabon isə ölkənin siyasətini pisləyib. İordaniya və Cibuti diplomatik nümayəndəliklərinin səviyyəsini azaltmaqla kifayətlənib.

DİGƏR XƏBƏRLƏR

Top