Ronaldonun işi məhkəməyə verildi

İspaniya prokurorluğu “Real” Madridin və Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldoya qarşı vergidən yayınma ilə əlaqədar məhkəmədə iddia qaldırıb. “Yeniavaz.com”un “Sport.ru” saytına istinadən verdiyi məlumata görə, iddia vergi orqanlarının hesabatına əsaslanıb. İttihama əsasən, K. Ronaldo 2011-2014-cü illər ərzində 14,7 milyon avro məbləğində vergidən yayınıb. Prokurorluğun bəyanatında iddia edilir ki, futbolçu imic haqlarının reallaşdırılmasından əldə edilən real gəlirləri gizlətmək üçün 2010-cu ildə yaradılmış biznes-strukturdan istifadə edib.

Prokurorluq iddia edir ki, K. Ronaldo vergi orqanlarını 2011-ci iildə 1,4 milyon avro, 2012-ci ildə 1,7 milyon avro, 2013-cü ildə 3,2 milyon avro və 2014-cü ildə 8,5 milyon avro məbləğində aldadıb. Hücumçu 5 il müddətinədək azadlıqdan məhrum edilə bilər.

DİGƏR XƏBƏRLƏR

Top