KTMT ölkələri istənilən problemin həllində ortaq məxrəcə gələ biləcəklər

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv ölkələrin qarşısında olduqca mürəkkəb vəzifələri həll etmək dayanır. "Yeniavaz.com"un nevvs.am-a istinadən verdiyi məlumata görə, bunu Minskdə keçirlən KTMT-nin iclasında qurumun baş katibi Yuri Xaçaturov deyib: "Əminəm ki, biz hərbi əməkdaşlıq sahəsində istənilən problemin həlində ortaq məxrəcə gəlməyə qadirik. KTMT-nin qarşısında olduqca mürəkkəb vəzifələrin həlli dayanır. Bu vəzifələrin öhdəsindən isə ancaq birlikdə gəlmək olar".

Yuri Xaçaturov həmçinin qeyd edib ki, KTMT çevik əməliyyat qüvvələrinin "Qarşılıqlı Fəaliyyəti" hərbi təlimləri 2018-ci ildə Qırğızıstanda keçiriləcək: "Hərbi təlimlərdən məqsəd KTMT qüvvələrinin döyüş hazırlığı səviyyəsini yüksəltmək, onu daim düşmən hücumunu dəf etməyə hazır vəziyyətdə saxlamaqdır".

DİGƏR XƏBƏRLƏR

Top