Prezident Natiq Əliyevin ailəsi ilə görüşdü, məzarını ziyarət etdi

İyunun 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərhum energetika naziri, “Şöhrət” ordenli, Əməkdar Mühəndis Natiq Əliyevin məzarını ziyarət edib.

Dövlət başçısı İlham Əliyev Fəxri xiyabanda Natiq Əliyevin məzarının önünə gül dəstələri qoyub, xatirəsinə dərin ehtiramını bildirib.

Prezident İlham Əliyev Natiq Əliyevin oğlu Fərhad Əliyevə bir daha başsağlığı verib.

Fərhad Əliyev atasının xatirəsinə göstərilən ehtirama görə dövlət başçısına minnətdarlıq edib.

DİGƏR XƏBƏRLƏR

Top