Hərbidə xəstəliyə tutulan erməni əsgərin anası aclığa başlayıb

Sağlamlığına görə ordudan tərxis edilən erməni əsgər Artur Asanyanın anası yetkinlik yaşına çatmamış qızı ilə birgə hökumət evinin qarşısında aclığa başlayıb. "Yeniavaz.com"un epress.am-a istinadən verdiyi məlumata görə, Asanyanın anası Ermənistan müdafiə nazirliyindən oğlunun müalicəsi üçün xərcləri ödəməyi tələb edir. Onun sözlərinə görə, oğlu Artur orduya sağlam gedib və 22 ay xidməti zamanı xəstələnib. Bundan sonra onu hərbi xidmətə yaralı bilmyərək ordudan tərxis ediblər. Əsgər anası aclıq aksiyasına başlamazdan əvvəl onu müdafiə nazirliyində hansısa generalın qəbul etdiyini, ancaq konkret kömək etmədiyini deyib. Məsələ ilə bağlı epress.am-a açıqlama verən xanım Asanyan: "Generalın sözlərindən belə anladım ki, "sizin oğlunuz Qırmızı xaçın xəstəxanasında müalicə olunur. Qoy nə qədər istəyir orada müalicə olunsun"-deməklə işini bitmiş hesab edir. Amma mən orduya sağlam əsgər göndərmişəm, onda onu sizə necə vermişəmsə, elə də sağlam halda mənə qaytarın",-deyib.

Asanyan 3 ay əvvəl hökumətə şikayət ərizəsi ilə müraciət etdiyini, ancaq bu günə kimi ona cavab verilmədiyini söyləyib. O Gümrüdən Yerevana gəlmək üçü borc pul aldığını, oğlunun müalicəsi üçünsə pulu olmadığını bildirib: "Əgər oğlumu müalicə etməsələr onda kiçik oğlumu əsgərliyə göndərməkdən imtina edəcəyəm".

DİGƏR XƏBƏRLƏR

Top