Ermənistan Türkiyəyə qarşı yeni ərazi iddiaları qaldırmağa hazırlaşır

Müstəqil Kürdüstan dövlətinin yaradılacağı artıq heç kimdə şübə doğurmur. "Yeniavaz.com"un arminfo.am-a istinadən verdiyi məlumata görə, bunu bölgədəki vəziyyətə həsr olunan mətbuat konfransında Şərqşünaslıq İnstitunun direktoru, türkoloq Ruben Safrastyan deyib: "Kürdüstanın müstəqilliyi barədə referendum sentyabr ayının sonunda baş tutacaq. Yəni artıq İraqın ərazisində yeni kürd dövlətinin yaranacağı gün uzaqda deyil. Bu dövlətə Türkiyənin kürdlər yaşayan ərazilərinin də daxil ediləcəyi gündəmə gələcək. Hər halda ABŞ və İsrail bölgədə Kürdüstan dövlətinin yaradılması üçün əllərindən gələni edirlər. Öz nöbəsində Kürdüstan dövlətinin yaradılması bölgədə sərhədlərin dəyişdirilməsi anlamına gələcək. Kürdüstan dövlətinin yaranması Ermənistana Türkiyəyə qarşı ərazi iddiaları qaldırmaq imkanı verəcək. Biz bunu nəzərə alaraq indidən 1920-ci ildə imzalanan və Ermənistana Ərzurum və Trabzon da daxil olmaqla 150 min kvadrat kilometrlik ərazi verilməsini nəzərdə tutan Sevr anlaşmasını beynəlxalq aləmdə yenidə müzakirəyə çıxarmağa hazırlaşmalıyıq".

DİGƏR XƏBƏRLƏR

Top