
Banqladeşdə leysan yağışları və torpaq sürüşmələri nəticəsində 57 nəfər ölüb. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, ölkənin cənub-şərq hissəində leysan yağışları ötən gün başlayıb. Əlverişsiz hava şəraitindən ən çox zərər görən dairələr Ranqamati və Bandarban olublar. Ziyan görmüş rayonlarda telefon rabitəsi işləmir, nəqliyyatın hərəkəti pozulub. Ranqamati dairəsindəki yaşayış evləri yaxınlığında baş vermiş torpaq sürüşməsi zaman 35 nəfər həlak olub, Bandaraban dairəsində 3 uşaq daxil olmaqla 6 nəfər təbii fəlakətin qurbanı olub, Çittaqonq dairəsində isə ölənlərin sayı 16 nəfər olub. Ölənlərin sayı arta bilər. Qeyd edək ki, Banqladeşdə leysan yağışları iyundan sentyabradək davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz