Ermənistan tez və ya gec NATO-ya üzv olacaq. "Yeniavaz.com"un 1in.am-a istİnadən verdiyi məlumata görə, bunu mətbuata açıqlamasında Regional Araşdırmalar Mərkəzinin baş analitiki politoloq David Şahnazaryan deyib. Şahnazaryanın bu fikrinə münasibət bildirən politoloq Sarqis Artsruni isə öz növbəsində qeyd edib ki, o, bu məsələni şişirdib: "Şübhəsiz ki, Ermənistanın gələcəyi NATO-dadır. Bununla belə Ermənistan beynəlxalq aləmdə geosiyasi vəziyyəti nəzərə alaraq xarici siyasətini buna uyğunlaşdırmalıdır. Söhbət yaranmış vəziyyətə uyğun olaraq Ermənistanın çevik siyasət yeritməsindən, lazım gələcəyi təqdirdə KTMT-dən və Avrasiya Birliyindən çıxmasından gedir. Bu məsələdə Ermənistan iqtidarı ilə müxalifət eyni mövqedən çıxış etməlidirlər. Ancaq bu gün həm müxalifət, həm də iqtidar Ermənistana ən böyük təhlükənin Rusiyadan gəldiyini deməyə qorxurlar. Ermənistanın olduca həssas vəziyyətdə olduğunu NATO-da anlayırlar. Ona görə də indiki məqamda Ermənistanın təhlükəsizliyinə zərər gəlməsin deyə NATO tədricən ölkəmizi bu quruma üzvlük üçün hazırlayır. Brüsseldə anlayırlar ki, Qafqaz cəbhəsinin yarılması günü uzaqda deyil. Ona görə də onlar öz qapılarını Ermənistan üçün açıq qoyublar. Qərb ölkələri hər vasitə ilə Ermənistanın Avropa Birliyi və NATO ilə inteqrasiyasına nail olmasına çalışırlar. Bütün hallarda Ermənistanın gələcəyinin NATO və Avropa Birliyiilə inteqrasiyada olduğu artıq şübhq doğurmur".