Türkiyəli nazirə qarşı sui-qəsd hazırlayan terrorçu öldürülüb

İstanbulda Türkiyənin daxili işlər naziri Süleyman Soyluya qarşı sui-qəsd törətməyi planlaşdıran terrorçu öldürülüb. “Yeniavaz.com”un “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, terrorçu bu gün İstanbulda təhlükəsizlik qüvvələrinin keçirdiyi xüsusi əməliyat zamanı məhv edilib. Əməliyyat zamanı terror təşkilatına üzv olmaqda şübhəli bilinən şəxslə polis əməkdaşları arasında atışma olub. Atışma zamanı şübhəli şəxs vurularaq zərərsizləşdirilib. Öldürülən terrorçunun DHKP-C (İnqilabi Xalq Azadlıq Partiyası – Cəbhəsi) üzvü olduğu müəyyənləşib. Onun S. Soyluya qarşı silahlı və bombalı hücum planlaşdırdığı təsbit edilib. Atışmanın baş verdiyi evdə terrorçunun istifadə etdiyi 1 ədəd silah, terror təşkilatına aid sənədlər ələ keçirilib.

DİGƏR XƏBƏRLƏR

Top