Hansı rayonlarda kreditlər daha aşağı faizlə verilir? - SİYAHI

Azərbaycanda kreditlər üzrə faiz dərəcələrinin ən yüksək həddi Aran və Dağlıq Şirvan iqtisadi rayonlarında qeydə alınıb. "Yeniavaz.com"un Mərkəzi Bankın (MB) açıqladığı sonuncu statistik göstəricilərə istinadən bildirir ki, bu rayonlarda orta faiz dərəcəsi müvafiq olaraq 22,2% və 21,8% olub. Ən aşağı faiz dərəcəsi isə Bakıda (9%), həmçinin Naxçıvan (9%) iqtisadi rayonlarında müşahidə olunub. Məlumat üçün bildirək ki, hesabat dövrü ərzində milli və xarici valyuta ilə verilən kreditlərin də faiz dərəcələri fərqli olub. Belə ki, Bakı şəhəri və Lənkəran iqtisadi rayonu istisna olmaqla kreditlər xarici valyuta ilə daha yüksək faizlə verilib. Ancaq verilən kreditlərin 85,4%-i (13,2 milyard manat) Bakı şəhərinin payına düşdüyü üçün ölkə üzrə ümumi kredit faizləri milli valyutada daha yüksək olub. Belə ki, milli valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi 12,3%, xarici valyuta ilə verilən kreditlərin orta faiz dərəcəsi isə 8,5% olub. Xarici valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcəsi Naxçıvan iqtisadi rayonunda qeydə alınıb. Bu rayonda xarici valyuta ilə verilən kreditlər üzrə faiz dərəcəsi 23,8% təşkil edib. Xarici valyuta ilə verilən kreditlər üzrə ən aşağı faiz dərəcsi isə Bakı şəhərində qeydə alınıb - 7,2%. Milli valyuta ilə verilən kreditlər üzrə ən yüksək faiz dərəcsi isə Aran və Lənkəran iqtisadi rayonlarında qeydə alınıb ki, bu iqtisadi rayonların faiz dərəcələri müvafiq olaraq 22,1% və 21,8% olub. Ən aşağı faiz dərəcəsi isə xarici valyutadan fəqrli olaraq Naxçıvanda qeydə alınıb. Naxçıvanda milli valyuta ilə verilən kreditlər üzrə orta faiz dərəcəsi 8,7% təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top