Goranboy sakini pambıq əkinində maraqlı üsul təklif edir

Pambıqçılıqda yüksək məhsul əldə etmək üçün Goranboy sakini maraqlı üsul təklif edir. "Yeniavaz.com" xəbər verir ki, rayonun Borsunlu kənd sakini Ələddin Abbasov çiyid səpini zamanı toxumun isladılmasını və bununla da bitkinin tez və itkisiz çıxışını almağın mümkün olduğunu deyir. Hazırkı dövürdə pambıq əkilməzdən öncə sahələr arat edilir, sonra müəyyən aqrotexniki qaydalar aparılan zaman torpağın üst qatı quruyur ki, bu da bitkinin çıxışında ləngimələrə səbəb olur.

Rayon sakini Ələddin Abbasov təklif etdiyi yeni səpin üsulunun o qədər xərc tələb etmədiyini bildirir. O, 3 təkərli traktorun hər iki tərəfinə 1,5 ton su tutumu olan çən quraşdırıb rezin borularla aqreqata qoşur. Bu zaman texnika həm səpin aprır, həm də toxuma su verir. Bu cür aparılan səpindən 1 həftə sonra artıq pambıq cürərməyə başlayır".

Goranboy sakini bununla həm də alaq otlarının da qarşısını almağın mümkün olduğunu deyir: "Pambıq səpini aparıldıqdan sonra çıxış olmadıqda fermerlər məcbur qalıb onu yenidən suvarmalı olurlar. Bu zaman həm sahələri alaq otları basır, həm də təsərüffatçılar əlavə xərc çəkməli olurlar. Əslində isə pambıq çiçəkləmə dövründə suvarılır. Mənim bu üsulumun gələcəkdə pambıq əkinində fermerlərə böyük xeyir verəcəyini düşünürəm".

Esmira Hidayətova, Goranboy

DİGƏR XƏBƏRLƏR

Top