Bakı-Qazax yolunda avtomobil maneəyə çırpılıb

Bakı-Qazax magistralında 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Yolun Goranboy rayonu, Goran qəsəbəsi ərazisindən keçən hissəsində “Ford” markalı avtomobil yolayırıcı maneəyə çırpılıb. Nəticədə Kürdəmir rayon sakinləri - 1981-ci il təvəllüdlü Taleh Qurbanov və 1974-cü il təvəllüdlü Əfqan Qurbanov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər. Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır. Apa

DİGƏR XƏBƏRLƏR

Top