Moskva Peterburqda etiraz aksiyalarında 650 nəfər saxlanılıb

Bu gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb. Bu barədə Rusiya Daxili işlər nazirliyinin mətbuat mərkəzindən bildiriblər. Moskvanın mərkəzində korrupsiyaya qarşı etiraz aksiyasında 150, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə 500 nəfər saxlanılıb. Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib. Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilib. apa

DİGƏR XƏBƏRLƏR

Top