MDB-də iqtisadi geriləmə yalnız Azərbaycanda qeydə alınıb

Bu ilin ilk 4 ayının nəticələrinə görə, Azərbaycan ümumi daxili məhsulun (ÜDM) artım tempinə görə Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələr arasında sonuncu sırada yer alıb. Daha doğrusu yanvar-aprel aylarında MDB-yə üzv olan ölkələr arasında ÜDM istehsalı yalnız Azərbaycanda azalıb. "Yeniavaz.com" MDB Dövlətlərarası Statistika Komitəsinə istinadən bildirir ki, bu ilin ilk 4 ayında Azərbaycanda ÜDM istehsalı əvvəlki ilin eyni dövrünə nisbətdə 1,2% azalıb. Qeyd etdiyimiz kimi azalma yalnız Azərbaycanda müşahidə olunub. Digər ölkələrdə isə artım baş verib. Ən yüksək ÜDM artımı Qırğızıstan və Özbəkistanda qeydə alınıb. Bu ilin yanvar-aprel aylarında Qırğızıstanda ÜDM ötən ilin ilk 4 ayına nisbətdə 7,7%, Özbəkistanda isə 7,8% artıb. Bu göstərici Belarus və Rusiyada 0,5%, Ukraynada 2,4%, Qazaxıstanda 3,4%, Moldovada 4,1%, Taciqistan və Ermənistanda isə 6,5% həddində olub.

DİGƏR XƏBƏRLƏR

Top