“Brexit” üzrə rəsmi danışıqların başlama tarixi bilindi

London və Brüssel arasında Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması barədə rəsmi danışıqlar iyunun 19-da başlayacaq. “Yenivaz.com”un “Lenta.ru” saytına istinadən verdiyi məlumata görə, bunu Böyük Britaniyanın “Brexit” üzrə naziri Devid Devids deyib. Onun sözlərinə görə, ilk növbədə söhbət Britaniyada yaşayan avropalıların və Aİ ölkələrində olan britaniyalıların taleyindən gedəcək: “Narahatçılğa ehtiyac yoxdur. Britaniyalılar narahat olmamalıdırlar”.

Xatırladaq ki, Britaniyanın Aİ-dən çıxması barədə qərar 23 iyun 2016-cı il tarixində keçirilmiş referendumda qəbul edilib. “Brexit”in şərtləri haqqında danışıqlar iki il davam edəcək.

DİGƏR XƏBƏRLƏR

Top