"Gürcüstanın NATO-ya üzv olması alyansın bölgədə hərbi iştirakının artması demək olmayacaq"

Gürcüstan NATO üçün müstəsna tərəfdaş hesab edilir. "Yeniavaz.com"un apsny.ge-yə istinadən verdiyi məlumata görə, bunu NATO-nun Gürcüstandakı ofisinin rəhbəri Uilyam Laxo "NATO Cənubi Qafqazda sabitləşdirici qüvvə kimi: Bu günkü çağırışlar və bölgədə inkişaf" adlı seminardakı çıxışında deyib. Laxyu Gürcüstanın NATO-ya üzv olması üçün müvafiq sənədlər üzərində işinin davam etdirildiyini vurğulayıb: "Əlbəttə hələ çox işlər görülməlidir. NATO-ya üzv ölkələr Gürcüstanda baş verən prosesləri diqqətlə üzləyirlər".

NATO rəsmisi eyni zamanda Gürcüstanın NATO-ya üzv olmasının hərbi baxımdan bölgədə hər hansı dəyişikliyə səbəb olmayacağını da vurğulayıb: "Gürcüstanın NATO-ya üzv olması alyansın bölgədə hərbi iştirakının artması demək olmayacaq. Sadəcə olaraq Gürcüstanın statusu dəyişəcək. Belə ki, Gürcüstanın NATO-ya üzv olması ona quruma üzv ölkələrə münasibətdə tətbiq edilən 5-ci maddənin işə düşməsi demək olacaq. Bu maddəyə əsasən Gürcüstana hücum NATO-ya qarşı müharibə kimi qəbul ediləcək. Bununla da Rusiyaya xəbərdarlıq ediləcək ki, 2008-ci illə müqayisədə Gürcüstana hücum etməzdən əvvəl ciddi şəkildə onun nəticələri barədə düşünsün".

DİGƏR XƏBƏRLƏR

Top