Almaniya “Şengen” vizasını dayandırdı

Almaniya sərbəst səyahət icazəsi verən “Şengen” vizasının tətbiqini dayandırıb. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Almaniyanın Hamburq şəhərində keçiriləcək G20 sammitində təhlükəsizliyi təmin etmək üçün bu addım atılıb. Almaniya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qadağa bu gündən qüvvəyə minir və iyulun 11-dək davam edəcək. Qərara əsasən, “Şengen” vizası ilə hava limanından Almaniyaya girişlərdə dəyişiklik olmayacaq. Lakin Avropa İttifaqının hər hansı bir ölkəsindən Almaniyaya avtomobil və dəmir yolu ilə girən hər kəs pasport nəzarətindən keçəcək. Almaniyanın daxili işlər naziri Tomas de Meyzer dəyişikliklə bağlı Avropa Komissiyasından icazə alındığını diqqətə çatdırıb. Qeyd edək ki, G20 sammiti iyulun 7-8-də keçiriləcək.

DİGƏR XƏBƏRLƏR

Top