Romada fontanlarda çimənlər cərimələnəcək

Roma meriyası şəhərin tarixi fontanlarında çimməyi, habelə onların yaxınlığında qida qəbul etməyi və zibil atmağı qadağan edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bu barədə Roma meri Virciniya Raci müvafiq sərəncam imzalayıb. Yeni qaydalar şəhərin 40 ən çox məşhur su qurğularına şamil edilir. Onların arasında Trevi fontanı, Dörd çay fontanı və “Akva-Paola” da var. Qadağa Romanın tarixi, mədəni və arxeoloji irsinin lazımi şəkildə qorunması üçün tətbiq edilib və oktyabrın sonunadək qüvvədə olacaq. Tarixi su abidələrini hovuzlarla səhv salanları 40-240 avro arasında cərimə gözləyir.

DİGƏR XƏBƏRLƏR

Top