NATO-nun 5 min əsgəri Litvada hərbi təlimlərə başladı

Litvada NATO-nun “Gelezinis vilkas 2017” (“Dəmir canavar 2017”) adlı hərbi manevrləri start götürüb. “Yeniavaz.com”un TASS-a istinadən verdiyi məlumata görə, manevrlədə 5,3 min əsgər və zabit iştirak edir. Onlar Belçika, Böyük Britaniya, Almaniya, Lüksemburq, Niderland, Norveç, Polşa, Portuqaliya və ABŞ-ı təmsil edirlər. Ölkənin cənub, mərkəzi və şərq hissələrində başlayan təlimlər iyunun 23-dək davam edəcək. Təlimlərin əsas məqsədi hərbi tapşırıqların yerinə yetirilməsinə hazırlığın işlənilməsidir.

DİGƏR XƏBƏRLƏR

Top