Polşada 28 KİV parlamentə boykot elan etdi

Polşanın təqribən 30 redaksiyası yerli hakimiyyətin gələn il yanvarın 1-dən jurnalistlərin ölkə parlamentində işini məhdudlaşdırmaq niyyətinə qarşı etiraz aksiyasında iştirak edir. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, polşalı jurnalistlərə qarşı parlament binasının bəzi hissələrinə girişi məhdudlaşdırmaq, eləcə də Seymdə akkreditasiya olunmuş müxbirlərin sayını azaltmaq planlaşdırılır. Polşanın iri 28 mətbuat orqanı bu addımın vətəndaşların məlumat almaq hüququnu məhdudlaşdırmağa yönəldiyini bildirib. Seymin dəftərxanasından qeyd ediblər ki, dəyişikliklər KİV nümayəndələri ilə ciddi məsləhətləşmələrdən sonar qüvvəyə minəcək, məqsədləri isə parlamentdə nizam və təhlükəsizliyin təmin edilməsidir.

DİGƏR XƏBƏRLƏR

Top