Con Kerri Türkiyədən üzr istədi

Türkiyəyi İŞİD terror qruplaşmasından neft satın almaqda ittiham edən ABŞ-ın dövlət katibi Con Kerri və Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Türkiyədən üzr istəyib. “Yeniavaz.com”un Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib. MKİ-nın üzr istəməsinə səbəb olan hadisə 2014-cü ildə baş vermişdi. C. Kerri 2014-cü ildə BMT-nin sessiyasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğluna “bizdə İŞİD-dən neft aldığınıza dair məlumatlar var” demişdi. M. Çavuşoğlu isə buna cavab olaraq bildirmişdi: “Con, sizə məlumat verənləri tanıyırıq. Misir ilə əlaqələrimiz səbəbilə bizə etiraz edən bəzi ərəb ölkələri. Bu, çox ciddi ittihamdır. Mənə bunun sənədlərini verin”. Ancaq ABŞ-dan uzun müddət sənəd təqdim olunmayıb. C. Kerri M. Çavuşoğluna sonradan bir fayl göndərib.Türkiyə XİN faylı Milli Kəşfiyyat Təşkilatına göndərib. Faylın içindəki iddia və verilən koordinat araşdırılıb. Koordinatdakı yer Türkiyənin Kilis Bələdiyyəsinin asfalt anbarı olduğu üzə çıxıb. Bu səbəbdən C. Kerri türkiyəli həmkarından üzr istəyib. Ardından MKİ rəsmi üzr yazısını Türkiyəyə göndərib.

DİGƏR XƏBƏRLƏR

Top