İstanbulda İŞİD-ə qarşı əməliyyat: 18 nəfər saxlanıldı

İstanbul Terrorla Mübarizə Şöbəsi İŞİD terror qruplaşmasına qarşı şəhərin 11 rayonunda eyni zamanda əməliyyat keçirib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, 19 ünvanda keçirilən əməliyyat zamanı barələrində tutulma qərarı verilmiş 18 nəfər saxlanılıb. Həmin şəxslərin qaldıqları ünvanlarda 1 ədəd tüfəng, 38 ədəd güllə və fişəng, qandal və xeyli sayda rəqəmsal və möhürlü sənədlər tapılıb. Hazırda saxlanılmış 18 nəfərin ifadələri alınır.

DİGƏR XƏBƏRLƏR

Top