“Metropark”da nə baş verir?

Bakının Nərimanov metrosu yaxınlığında yerləşən Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşlarının cəlb olunmasının səbəbi aydınlaşıb.

Ərazidə olan əməkdaşının polisdən aldığı məlumata görə, Metropark Ticarət Mərkəzinin təhlükəsizliyi test edilir. "Heç bir qorxulu hadisə baş verməyib."

Qeyd edək ki, Metropark Ticarət Mərkəzi qarşısına polis və Fövqəladə Hallan Nazirliyinin əməkdaşları cəlb olunub. Ticarət mərkəzinə giriş-çıxışlar bağlanıb, mərkəzdə çalışanlar bayıra çıxarılıb.avropa.info

*** 16:34

Nərimanov rayonunda yerləşən “Metropark” Ticarət Mərkəzi boşaldılıb.

Şahidlər tərəfindən verilən məlumata görə, ticarət mərkəzinin işçiləri evə yola salınıb. Bununla yanaşı, “Metropark”ın ətrafında hüquq-mühafizə xidmətinin əməkdaşları, eyni zamanda Fövqəladə Hallar Nazirliyinin nümayəndələri toplaşıb.

Mərkəzin boşaldılmasının səbəbi nə işçilərə, nə də müştərilərə açıqlanmır.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top