Moskvaya avtomobillə giriş pullu olacaq

Rusiya Dövlət Duması regional və yerli hakimiyyətlərə şəhərlərin müəyyən zonalarına pullu girişi tətbiq etməyə imkan verən hökumətin qanun layihəsini birinci oxunuşda qəbul edib. “Yeniavaz.com”un RİA Novosti-yə istinadən verdiyi məlumata görə, hökumətin fikrincə, sənəd yollarda hərəkətin daha səmərəli olmasına və hərəkətin təhlükəsizliyinin artırılmasına xidmət edəcək. Ekspertlər hesab edirlər ki, yeni qaydalar qüvvəyə mindikdən sonra Moskvaya giriş günün və ya sutkanın müəyyən vaxtlarında ödənişli ola bilər.

DİGƏR XƏBƏRLƏR

Top