Hava şəraitinin kəskin dəyişəcəyi barədə nazirlikdən XƏBƏRDARLIQ

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Yeniavaz.com" saytına verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var.

Mülayim şimal küləyi arabir güclənəcək. Havanın temperaturunun gecə 18-21° isti, gündüz 25-30° isti, Bakıda gecə 18-20° isti, gündüz 28-30° isti olacağı gözlənilir. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunundan 760 civə sütununadək yüksələcək. Nisbi rütubət gecə 65-75 %, gündüz 35-45 % təşkil edəcək.

Azərbaycanın rayonlarına gəlincə, iyunun 12-də bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 17-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraitinin kəskin dəyişəcəyi barədə xəbərdarlıq da edib.

Belə ki, iyunun 12-dən 13-ü gündüzədək bəzi rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə lokal leysan xarakterli olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir 20-25 m/s-dək güclənəcək.

DİGƏR XƏBƏRLƏR

Top