Hansı ölkəyə nə qədər məhsul satıb, nə qədər məhsul almışıq?

2017-ci ilin yanvar-may ayları ərzində ölkəmizə ən çox məhsul Rusiyadan gətirilib. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan statistik məlumata istinadən bildirir ki, şimal qonşumuzdan alınan məhsulların dəyəri 542,4 milyon dollar (ümumi idxalın 19,2%-i) olub. Rusiyada sonra ən çox Türkiyədən və Çindən məhsul gətirilib. 2017-cı ilin ilk 5 ayı ərzində bu ölkələrdən müvafiq olaraq 473,4 milyon (ümumi idxalın 16,8%-i) və 274,5 milyon dollarlıq (9,7%) məhsul idxal edilib. Ən çox məhsul aldığımız ölkələrin sıralamasında isə növbəti yerləri Almaniya (143,9 milyon dollar), Ukrayna (135,1 milyon dollar), ABŞ (117,4 milyon dollar), İtaliya (112,3 milyon dollar), Böyük Britaniya (97,1 milyon dollar) və digər dövlətlər tutur.

Ötən illərdə olduğu kimi 2017-ci ilin yanvar-may ayları ərzində ölkəmizdən ən çox İtaliyaya məhsul ixrac olunub. Son 5 ay ərzində bu ölkəyə 944 milyon dollar dəyərində məhsul (əsasən neft və neft məhsulları) ixrac edilib. Xaricə satılan məhsulların 21,2%-i İtaliyanın payına düşüb. Bundan başqa Türkiyəyə 590,8 milyon dollar dəyərində məhsul satılıb (ümumi ixracın 13,3%-i). Həmçinin 210,6 milyon dollar dəyərində məhsul Portuqaliyaya satılıb. Gürcüstana 202,8 milyon dollar, Kanadaya 202,8 milyon dollar, Rusiyaya 201,7 milyon dollar, Almaniyaya isə 196,6 milyon dollar dəyərində məhsul satılıb. Ən çox məhsul satılan ölkələrin sıralamasında növbəti yerlərdə Çin (185,6 milyon dollar), İsrail (177,9 milyon dollar), Hindistan (173,8 milyon dollar) və digər dövlətlər gəlir.

DİGƏR XƏBƏRLƏR

Top