Konqresmenlər Trampı Ermənistana maliyyə yardımını azaltmamağa çağırıblar

Konqresin Ermənistan-ABŞ Dostluq Qrupunun üzvləri prezident Trampın Ermənistana maliyyə yardımını azaltmağı nəzərdə tutan layihəsinə mane olmaq üçün yollar axtarırlar. "Yeniavaz.com"un panarmenian.net-ə istinadən verdiyi məlumata görə, bu barədə Amerika Erməniləri Milli Komitəsinin (ANKA) yaydığı məlumatda deyilir. Konqresmenlərin böyük əksəriyyətinin Trampun Ermənistana maliyyə yardımını azaltmasının yolverilməz qənaətində olduğu vurğulanan məlumatda bu məsələdə Trampın geri addım atacağına ümidlər bəslənildiyi bildirilir. Xatırladaq ki, 25 ermənipərəst konqresmen Konqresin sədri Xelu Rocersə məktub ünvanlayaraq Trampın 2018-ci ildə Ermənistana ayrılan maliyyə yardımlarını 67 faiz kəsməsinə etirazlarını bildiriblər. Onlar həm Ermənistana, həm də Dağlıq Qarabağa maliyyə yardımlarının azaldılmasının səhiyyə və elm sahəsində problemlərə yol aça biləcəyini vurğulayıblar. Xatırladaq ki, ötən il ABŞ Ermənistana 24,1 milyon dollar maliyyə yardımı göstərmişdi.

DİGƏR XƏBƏRLƏR

Top