Tütün məhsullarının idxalı artıb

Bu ilin yanvar-may ayları ərzində ölkəyə 526,5 milyon dollar dəyərində ərzaq məhsulları gətirilib ki, bunun 64,3 milyon dolları buğdanın, 69,3 milyonu meyvə-tərəvəzin, 59,8 milyon dolları şəkərin, 47,6 milyon dolları isə bitki və heyvan mənşəli piylər və yağların payına düşüb. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, 2016-cı ilin yanvar-may ayları ilə müqayisədə buğda idxalı 38,6% azalıb, şəkər idxalı 16% artıb, meyvə-tərəvəzin idxalı isə 10,2% azalıb. Həmçinin tütün və tütün məhsulları ilə əczaçılıq məhsulları da ən çox satın alınan məhsullar sırasında olub. Bu məhsulların ölkəmizə gətirilməsi üçün bu ilin ilk 5 ayı ərzində müvafiq olaraq 59 və 68,3 milyon dollar ödənilib. Son bir ildə tütün və tütün məmulatların idxalı dəyər ifadəsində 10,8% artıb, əczaçılıq məhsullarının idxalı isə dəyər ifadəsində 1,5% azalıb.

DİGƏR XƏBƏRLƏR

Top