Xarici ticarətdə 1,6 milyard dollarlıq müsbət saldo yaranıb

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanın ticarət əməliyyatlarının həcmi 7 milyard 266 milyon 952,2 min dollar olub. "Yeniavaz.com" Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, ticarət əməliyyatlarının həcmi 2016-cı ilin yanvar-may aylarına nisbətən 13,2% artıb. İdxal əməliyyatları üzrə 2 milyard 816 milyon 867,5 min dollar (2016-cı ilin yanvar-may aylarına nisbətən 15,4% azalıb), ixrac əməliyyatları üzrə 4 milyard 450 milyon 84,6 min dollar (2016-cı ilin yanvar-may aylarına nisbətən 44% artıb) ticarət həcmi qeydə alınıb. 2017-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsində 1 milyard 633,2 milyon dollarlıq müsbət saldo yaranıb.

DİGƏR XƏBƏRLƏR

Top