Gəncə sakini hündürlükdən yıxılaraq ölüb

Gəncə şəhər sakini ehtiyatsızlıq nəticəsində yıxılaraq ölüb. Hadisə şəhərin Cavad xan qəsəbəsində qeydə alınıb. Şəhər sakini, Quliyev Vaqif ehtiyatsızlıq nəticəsində yaşadığı evin 2-ci mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb. Təxminən 50 yaşı olan kişi xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Vüqar Nəbiyev Gəncə

DİGƏR XƏBƏRLƏR

Top