Qətər əmiri Türkiyə səfərini təxirə saldı


Qətər əmiri Tamim bin Həməd əl-Tani Türkiyəyə səfərini təxirə salıb. Bu qərar regionda baş verən diplomatik böhranlarla əlaqədardır. Ötən həftə Qətər əmiri ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon danışığı keçirərək iyunun 10-da Türkiyədə görüşməyi qərara almışdı. Qeyd edək ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.Trend

DİGƏR XƏBƏRLƏR

Top