DÇ-2018-in seçmə qrup mərhələsində növbəti turun oyunlarına start verilib - NƏTİCƏLƏR

Bu gün DÇ-2018-in seçmə mərhələsində Avropa zonası üzrə VI tura start verilib. A, B və H qrupunda baş tutan matçlarda növbəti oyunlar keçirilib.

A qrupunda İsveç - Fransa oyunu liderin bəlli olması baxımından əhəmiyyətli olub. Meydan sahibləri qalib gələrək, birinci pilləyə yüksəliblər. Mərhələni yaxşı keçirməyən Hollandiya zəif Lüksemburqu darmadağın edib. Belarus isə Bolqarıstanı xalsız qoyub.

B qrupunun lideri İsveçrə Farer Adalarını, ikinci Portuqaliya isə Latviyanı məğlub edib.

H qrupunda isə Bosniya və Hersoqovina – Yunanıstan matçında hesab açılmayıb. Lider Belçika isə ortabab Estoniyaya iki cavabsız qol vurub.

DÇ-2018-in seçmə mərhələsi
VI tur
9 iyun

A qrupu
Belarus – Bolqarıstan - 2:1
Qollar: Sivakov, 33, Savitski, 80 - Dyakov, 90+1

Hollandiya – Lüksemburq - 5:0
Qollar: Robben, 21, Sneyder, 34, Viynaldum, 62, Promes, 70, Yanssen, 84 (pen.)

İsveç – Fransa - 2:1
Qollar: Cimmi Durmaz, 43, Tayvonen, 90+4 - Jiru, 37


B qrupu
Andorra – Macarıstan - 1:0
Qol: Rebes, 26

Farer Adaları – İsveçrə - 0:2
Qollar: Caka, 36, Şakiri, 59

Latviya – Portuqaliya - 0:3
Qol: Ronaldo, 41, 63, Silva, 67

H qrupu
Bosniya və Herseqovina – Yunanıstan - 0:0

Cəbəllütariq – Kipr - 1:2
Qollar: Hernandez, 30 - Çipolina, 10 (öz qapısına), Sotiriu, 81

Estoniya – Belçika - 0:2
Qol: Mertens, 31, Şadli, 86

DİGƏR XƏBƏRLƏR

Top