Rudskoy: Suriyada vətəndaş müharibəsi faktiki olaraq dayandırılıb

Suriyada vətəndaş müharibəsi faktiki olaraq dayandırılıb. “Yeniavaz.com”un “İzvestiya” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi general-polkovnik Sergey Rudskoy deyib. O bildirib ki, mayın 4-də Astanada Suriyada təhlükəsizlik zonalarının yaradılması haqqında memorandumun imzalanmasından sonra vəziyyət kardinal olaraq yaxşlığa doğru dəyişib. S. Rudskoy əlavə edib ki, əhali azad edilmiş şəhərlərə qayıdır, ev təsərrüfatı, enerji təchizatı obyektləri, nəqliyyat qovşaqları və yollar fəal bərpa olunur, suvarma kanalları su ilə doldurulur.

DİGƏR XƏBƏRLƏR

Top