“İnter”ə yeni baş məşqçi gətirildi


İtaliyanın “İnter” klubuna yeni baş məşqçi təyin edilib. “Yeniavaz.com”un “Championat.com” saytına istinadən verdiyi məlumata görə, italiyalı mütəxəssis Luçano Spaletti komandanın baş məşqçi vəzifəsinə gətirilib. O, Milan təmsilçisi ilə iki il müddətinə müqavilə bağlayıb. 58 yaşlı L. Spaletti iyunun 14-də “İnter”in məşqçisi qismində təqdim ediləcək, iyulun 3-də isə komanda ilə ilk məşqçinə çıxacaq. Daha əvvəl verilmiş məlumata əsasən, L. Spaletti bir mövsüm ərzində “İnter”də 4 milyon avro qazanacaq.

DİGƏR XƏBƏRLƏR

Top