Makronun Ərdoğandan istədiyi jurnalist deportasiya edildi

Fransalı jurnalist Matias Depardon Türkiyədən deportasiya edilib. “Yeniavaz.com”un “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Sərhədsiz Reportyorlar təşkilatı xəbər verib. Təşkilatdan bildiriblər ki, 36 yaşlı jurnalist Qaziantepdən İstanbula gətirilib. Onun axşam saatlarında artıq Parisdə olacağı qeyd edilir.

Xatırladaq ki,“National Geographic”in fransız fotoqrafı M. Depardon mayın 8-də Batmanın Hasankeyf rayonunda saxlanılıb. O, Hasankeyfdə qarovulxananın fotoşəkilini çəkməsi səbəbi ilə tutulub, sonra isə sosial şəbəkələrdəki səhifələrində paylaşdığı fotoşəkillər əsas gətirilərək PKK terror təşkilatının təblğitanı aparmaq şübhəsi ilə haqqında təhqiqat başlanılıb. M. Depardon həmin tarixdən bu günədək təcridxanada saxlanılırdı. Fransa Prezidenti Emmanuel Makron mayın 25-də NATO-nun Brüsseldə keçirilən sammitində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğandan M. Depardonun saxlanılması ilə yaxından maraqlanmısını istəmişdi.

DİGƏR XƏBƏRLƏR

Top