İranda 41 İŞİD-çi həbs olunub

İran Təhlükəsizlik Nazirliyi İŞİD qruplaşmasının üzvlərindən 41 nəfərin həbs olunduğunu açıqlayıb. Nazirliyin açıqlamasında bildirilir ki, aparılan çətin əməliyyatlar nəticəsində Kirmanşah, Kürdüstan, Qərbi Azərbaycan və Tehran əyalətlərində 41 nəfər yaxalanıb. Terrorçulardan müxtəlif sənədlər, silah və sursat aşkarlanaraq götürülüb. Əməliyyatlar zamanı onlara hər hansı əks-hücum imkanı verilməyib. Təhlükəsizlik Nazirliyi dövlət orqanlarına lazımi məlumatlar çatdıran vətəndaşlara təşəkkür edib.Apa

DİGƏR XƏBƏRLƏR

Top